Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

Səudiyyə Ərəbistanının İsrailin Livandakı hücumları səbəbindən ABŞ-yə etiraz notası təqdim etdiyi bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, İsrailin dövlət televiziyası olan KAN-ın məlumatına görə, Səudiyyə Ərəbistanı İsrailin Livandakı hücumlarından narahatlığını diplomatik kanallar vasitəsilə ABŞ Prezidenti Donald Tramp administrasiyasına çatdırıb.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı İsrailin Livandakı hərbi fəaliyyətlərini xaotik və plansız hesab edir. Əl-Riyad rəhbərliyi həmçinin İsrailin hücumları idarə etmək üçün aydın strategiyasının olmadığını düşünür.

Məlumata görə, Əl-Riyad İsrailin Baş naziri Binyamin Netanyahunun Livandakı əməliyyatları genişləndirmək cəhdlərinin Körfəz regionunda müharibəni yenidən alovlandırmağa və ABŞ ilə İran arasında formalaşmaqda olan mümkün anlaşmanı pozmağa yönəldiyindən şübhələnir.

Səudiyyə Ərəbistanının Livandakı daxili vəziyyətin nəzarətdən çıxmasından narahat olduğu iddia edilir.Həmçinin Əl-Riyad rəhbərliyinin son dövrlərdə Nebih Berri ilə əlaqələrini gücləndirdiyi vurğulanır.

Nebih Berri Livandakı şiə siyasi düşərgəsinin əsas fiqurlarından biri və “Hizbullah”ın müttəfiqi hesab olunur.Qeyd edilir ki, Səudiyyə Ərəbistanı “Hizbullah”ın təsir gücünü zəiflətmək və Livan dövlət institutlarını gücləndirmək niyyətindədir.

Nigar Hacılı 
"Cebheinfo.az"