Paşinyanın səsləri arta bilər
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan parlament üzvü Alxas Qazaryan ümid edir ki, səslərin yenidən sayılması təmsil etdiyi partiyanın daha çox səs almasına səbəb olacaq.
“Cebheinfo.az” xəbər verir ki, o, hakimiyyətin seçici saxtakarlığı məsələsinə münasibət bildirərkən, belə bir iddianı gülünc hesab edib:
“Seçki kampaniyası zamanı müxalifətin seçiciləri necə rüşvətlə ələ keçirdiyini hamı gördü”.
“Yenidən sayma müxalifətin lehinə sayılmamış səsləri aşkar edəcək?” sualına cavab olaraq Qazaryan deyib:

"Məlum oldu ki, bizim səslərimiz də sayılmayıb".
O deyib ki, müxalifətin 20-30 sayılmamış səsi olsa da, “Vətəndaş müqaviləsi”nin lehinə 100-150 səsin sayılmadığı seçki məntəqələri də olub. Deputat bu "çatışmazlıqları" texniki nəzarətlə əlaqələndirib.
Kazaryan, həmçinin xatırladıb ki, ilkin nəticələr “Vətəndaş müqaviləsi”nin hökuməti təkbaşına formalaşdıracağını göstərir. "Yenidən sayma “Vətəndaş müqaviləsi” səslərini artırır ki, bu da gözəldir",- Kazaryan məmnuniyyətlə bildirib.
Konstitusiyaya dəyişiklik səsverməsi ilə bağlı suala cavab olaraq, Kazaryan heç bir problem olmayacağına, çox şeyin dəyişə biləcəyinə işarə edib. O, hakim partiyadan səkkiz deputatın “oğurlanması” ilə bağlı iddiaları fantaziya adlandırıb.
Deputat “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana təklif edilən sövdələşmə ilə bağlı məlumatları, eləcə də siyasi motivli qisas iddialarını təkzib edib.
Xəzər
“Cebheinfo.az”

