“Qarabağ”ın rəqibləri bəlli oldu

“Qarabağ”ın rəqibləri bəlli oldu

“Qarabağ” bu gün Avropa Liqasını təsnifat mərhələsinin və növbəti mövsümün hazırlığına başlayacaq.

"Cebheinfo.az" xəbər verir ki, komanda Bakıda bir araya gələcək. 

Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

 Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

İyunun 27-də Ağdam təmsilçisi Bolqarısanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtilə saatr 19:00-da başlayacaq. 

İkinci oyun isə iyulun 1-də Ukrayna “Metallist”inə qarşı olacaq. Bu matçın start fiti isə 15:00-da veriləcək. 

Həmin gün “Qarabağ” son yoxlama görüşünə də çıxacaq. Qurban Qurbanovun komandası “Ferentsvaroş”la üz-üzə gələcək. Bu qarşılaşmanın start fiti 20:00-da veriləcək. 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onların rəqibi iyunun 16-da püşkatmada bəlli olacaq. 

"Cebheinfo.az"