Xırdalan və Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ

Xırdalan və Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə şənbə-bazar günlərinin hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə “Cebheinfo.az” "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Qeyd olunnur ki, hərəkət cədvəli ilə ADYnin saytında və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.

Nigar
“Cebheinfo.az”