Nazirlər ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki rəsmi səhifəsində paylaşım edilib.
"Səfər iki ölkənin ikitərəfli münasibətləri dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir", - məlumatda qeyd olunub.
"Cebheinfo.az"

