Tariel Abbasov vəfat etdi - FOTO

Tariel Abbasov vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti dosenti Tariel Abbasov vəfat edib.

Bu barədə məktəbdən məlumat verilib.

O, 56 yaşında dünyasını dəyişib. 

Alimin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, T.Abbasov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.

Tariel Abbasov əmək fəaliyyətinə Bakının Yasamal rayonunun 20 saylı orta məktəbində tarix müəllimi kimi başlayıb. 1992-ci ildə Qərb Universitetinin hazırlıq fakültəsində, daha sonra Politologiya kafedrasında baş müəllim, İşgüzar inzibatçılıq fakültəsində dekan müavini işləyib. 1994-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə hərbi xidmətə qəbul olunub, 2009-cu ildə ehtiyata buraxılıb. Dominos pizza

2010-cu ildə “XX əsrin 90-ci illərində Azərbaycan Respublikasının Yaxın Şərq ölkələri ilə münasibətləri ” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2012-ci ildə BDU-nun Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasına 0,5 ştat baş müəllim vəzifəsinə təyin olunub. 2014-cü ildə isə həmin kafedrada tam ştat baş müəllim vəzifəsinə kecirilib. İndiyədək kafedranın dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirib. 

Onun tədqiqat sahəsi ABŞ-nin körfəz dövlətləri ilə münasibətləri olub. Dosent Tariel Abbasov 50-dən çox elmi məqalənin, 5 fənn proqramının, 2 dərs vəsaitinin və 2 monoqrafiyanın müəllifi idi.

"Cebheinfo.az"