İranın hava hücumu dəf edildi
Küveytin hava hücumundan müdafiə qüvvələri cümə axşamı səhər tezdən hücumu dəf edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmirliyin quru qüvvələrinin Baş Qərargahı sosial mediada bildirib.
Baş Qərargah qeyd edib ki, hava hücumundan müdafiə sistemləri hazırda düşmənin hava hədəflərini müəyyən edilmiş əməliyyat prosedurlarına uyğun olaraq vurur.
Hərbi qüvvələr Küveyt sakinlərini təhlükəsizlik təlimatlarına əməl etməyə və rəsmi mənbələrdən məlumat almağa çağırıb.
Xatırladaq ki, İran Yaxın Şərqdə ABŞ-yə məxsus 18 bazanı vurduğunu elan edib.
Xəzər
"Cebheinfo.az"

