İran üçtərəfli danışıqları RƏDD EDİB

İran üçtərəfli danışıqları RƏDD EDİB

Son iki gün ərzində İran və ABŞ nümayəndələri Dohada Qətər vasitəçiləri ilə paralel danışıqlar aparıblar.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Axios” yazır. 

Məlumata görə, Qətər həll olunmamış məsələləri müzakirə etmək üçün birbaşa üçtərəfli görüş təşkil etməyə çalışsa da, İran bundan imtina edib.

Lakin vasitəçilər əlaqə saxlamağa davam ediblər. Belə ki, çərşənbə günü onlar prosesi irəli aparmaq üçün İran liderləri ilə yeni danışıqlar aparmaq üçün Tehrana səfər ediblər. ABŞ tərəfi öz növbəsində bildirib ki, son təzyiqlər Tehranın ABŞ-nin təklifinə cavabını sürətləndirə bilər.

Xəzər
“Cebheinfo.az”