Küveyt hava məkanını bağladı
Küveyt İranın bölgədə həyata keçirdiyi son hücumlardan sonra hava məkanını müvəqqəti olaraq bağlayıb.
“Cebheinfo.az” xəbər verir ki, qərardan sonra ölkədə bir sıra uçuşlar təxirə salınıb. Aviasiya fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.
Qərar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına qarşı hücumlar həyata keçirdiyini bildirməsindən sonra verilib.
Dövlətə məxsus “Kuwait News Agency” ölkənin hava hücumundan müdafiə sistemlərinin “düşmən obyektlərini” ələ keçirdiyini açıqlayıb.
"Cebheinfo.az"

