Quterreş: "İnkişaf etməkdə olan ölkələr Hörmüz böhranından daha çox zərər çəkəcək"

Quterreş: "İnkişaf etməkdə olan ölkələr Hörmüz böhranından daha çox zərər çəkəcək"

BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazının bağlanmasının mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, baş katib bunu "X" hesabında yazıb.

"Hörmüz boğazında və onun ətrafında gəmiçilik hüququ və azadlığının məhdudlaşdırılması bütün dünyada çətinliklərə və qeyri-sabitliyə səbəb olur. Hətta ən əlverişli ssenaridə belə bu sarsıntılar bir neçə ay ərzində hiss olunacaq - üstəlik, inkişaf etməkdə olan ölkələr bundan daha çox zərər görəcək. Dünyaya beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik hüququ və azadlığı bərpa olunmaqla tam atəşkəs lazımdır", - o yazıb.

"Cebheinfo.az"