Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur

Əmtəə bazarlarında qızıl 4100 dollar civarında ticarət olunur

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,8% azalaraq 4 100,3 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 1,3% azalaraq 63,9 ABŞ dolları təşkil edib."

"Cebheinfo.az"