Almaniya millisi dünya çempionatında azarkeşlərinə pulsuz səyahət imkanı yaradacaq
Almaniya millisi dünya çempionatında Ekvadora qarşı keçirəcəyi qrup mərhələsinin son oyunu üçün azarkeşlərinə pulsuz səyahət imkanı yaradacaq.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, qarşılaşma iyunun 25-də Şərqi Rezerforddakı "MetLife" stadionunda baş tutacaq və qatarla gediş-qayıdış biletləri 98 dollar olacaq.
Almaniya Futbol İttifaqı və komandanın oyunçuları bahalı aviabilet və otel yerləşməsində çətinlik çəkən tərəfdarlara kömək etmək qərarına gəliblər.
Qurum tərəfindən azarkeşlərin elektron poçtlarına məlumatlar da göndərilib. Təşkilat fanatlar üçün xüsusi avtobuslar ayırıb və bu imkandan istifadə etmək istəyənlərdən qeydiyyatdan keçmələrini xahiş edib.
Xatırladaq ki, bu gün start götürəcək DÇ-2026 iyulun 19-da başa çatacaq.
"Cebheinfo.az"

