İordaniya: "Hava məkanının pozulmasına imkan verməyəcəyik"

İordaniya: "Hava məkanının pozulmasına imkan verməyəcəyik"

İordaniya ordusu İrandan Zərqa şəhərinə doğru atılan 20 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İordaniya Silahlı Qüvvələri Komandanlığının yaydığı yazılı bəyanatda İrandan həyata keçirilən hücumlarla bağlı məlumat verilib.

Bəyanatda bildirilib ki, səhər saatlarında İrandan Zərqa şəhərinə doğru buraxılan 20 raket hava müdafiə sistemləri vasitəsilə məhv edilib. Həmçinin raketlərin qalıqlarının düşməsi nəticəsində hər hansı insan itkisi və ya maddi ziyan qeydə alınmayıb.

Açıqlamada vurğulanıb ki, silahlı qüvvələr heç bir ölkənin İordaniyanın hava məkanını pozmasına icazə verməyəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İrandakı çoxsaylı hədəflərə qarşı “özünümüdafiə xarakterli” əməliyyatlara başladığını bəyan etmişdi.

İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ hücumlarına cavab olaraq Küveyt, Bəhreyn və İordaniyadakı bəzi ABŞ mövqelərini hədəf aldığını açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"