Zeki Aktürk: "Fransa və Kipr arasındakı hərbi saziş beynəlxalq hüquqa ziddir"

Zeki Aktürk: "Fransa və Kipr arasındakı hərbi saziş beynəlxalq hüquqa ziddir"

Türkiyənin Milli Müdafiə Nazirliyi Fransa ilə Kipr arasında "Qüvvələrin statusu sazişi" haqqında hərbi müqavilə imzalanmasına sərt reaksiya verib.

Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyinin rəsmisi Zeki Aktürk açıqlamasında bildirib.

"Türkiyə Silahlı Qüvvələri Kipr türklərinin təhlükəsizliyini təhdid edən düşmən münasibətlərinə qarşı ən sərt şəkildə cavab vermək gücünə və qətiyyətinə malikdir.

Aralıq dənizinin şərq hissəsində sabitliyi pozmaq və gərginliyi artırmaq məqsədi daşıyan təxribatı yaxından izləyirik. Kipr türklərinin iradəsini və suveren bərabər hüquqlarını nəzərə almayan müqavilə 1960-cı il Kipr sazişlərinə və beynəlxalq hüquqa ziddir. Heç bir legitimliyi olmayan və nəticələri diqqətlə nəzərdən keçirilməyən bu və oxşar addımlar adanın cənubu üçün təhlükəli nəticələrə səbəb ola bilər. Bir daha təkrar edirik ki, bölgədəki incə tarazlığı nəzərə almayan və Türkiyə ilə Şimali Kiprin hüquq və mənafelərini hədəf alan hər hansı bir hərbi ittifaqın Türkiyəyə qarşı uğur qazanmaq şansı yoxdur".

Nazirlik rəsmisi Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsinə də münasibət bildirib:

"İranla ABŞ arasında yenidən baş verən qarşıdurmalardan narahatıq. Bu həssas dövrdə bütün tərəflərin təmkinli davranması, bölgəmizdə davamlı sülh və sabitliyin bərqərar olması üçün diplomatik həllərə üstünlük verməsi son dərəcə vacibdir".

Aktürk açıqlamasında Türkiyə - Azərbaycan qardaşlığına da toxunub:

"Biz "iki dövlət, bir millət" anlayışı altında birləşdiyimiz Azərbaycanın Milli Qurtuluş Gününü qeyd edirik. Eləcə də futbol üzrə 2026-cı il dünya çempionatında Türkiyə millisinə uğurlar arzulayırıq".

"Cebheinfo.az"