Silah çatışmazlığı ABŞ-ni hərəkətləndirdi...

Silah çatışmazlığı ABŞ-ni hərəkətləndirdi...

ABŞ Prezidenti Donald Trampın azalan raket ehtiyatları fonunda bu həftə müdafiə sənayesinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşə hazırlaşdığı iddia olunur.

"Cebheinfo.az" xəbər verir ki, “NBC News”-un mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ İsraillə birlikdə İrana qarşı həyata keçirdiyi hücumlarla başlayan müharibə səbəbindən azalan raket ehtiyatlarını artırmağın yollarını axtarır.

Adları açıqlanmayan mənbələrin sözlərinə görə, Tramp raket ehtiyatlarının azalması ilə bağlı narazılığını həm müşavirlərinə, həm də müttəfiqlərinə bildirib.Mənbələr qeyd ediblər ki, müdafiə sənayesindən 7 şirkətin rəhbəri bu həftə Trampla görüşməyə hazırlaşır.

İddialara görə, Tramp görüş zamanı silah istehsalının sürətlə artırılması yollarının tapılması üçün təzyiq göstərəcək.

Mənbələrdən biri Trampın ehtiyatların azalmasından narazı olduğunu vurğulayaraq, görüşün “gərgin keçəcəyini” gözlədiklərini bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"