Tehran Hörmüz boğazını bu müddətdə bağlı saxlayacaq
İran təhlükəsizliyinə qarşı həyata keçirilən hücumlara cavab olaraq Hörmüz boğazını bağlayıb və boğaz vəziyyət tələb etdiyi müddətdə bağlı saxlanılacaq.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Tokiodakı səfiri Peyman Səadat bildirib.
Onun sözlərinə görə, düşmən ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək. Digər gəmilər isə hərəkətlərini İran tərəfi ilə əvvəlcədən razılaşdırmalı olacaqlar.
Səfir qeyd edib ki, boğaz təhlükəsizliyə qarşı real təhdid yaradan hücumlar səbəbindən bağlanıb və vəziyyət normallaşana qədər bu qərar qüvvədə qalacaq.
Peyman Səadat əlavə edib ki, Hörmüz boğazı İranın maraqlarının və təhlükəsizliyinin qorunması üçün lazım olan müddət ərzində bağlı saxlanılacaq.
Aişə Abdulova
“Cebheinfo.az”

