FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb

FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qurumun Şurası bu qərarı Rusiya Şahmat Federasiyasının İdman Arbitraj Məhkəməsinin (CAS) müəyyən etdiyi tələbləri vaxtında yerinə yetirməməsi səbəbindən qəbul edib.

CAS-ın qərarına əsasən, Rusiya Şahmat Federasiyası 90 gün ərzində Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətləri və Krımda istənilən fəaliyyətini dayandırmalı idi.

FIDE-dən bildirilib ki, bu tələblərin yerinə yetirilməməsi səbəbindən federasiyanın üzvlüyü müvəqqəti olaraq dayandırılıb.

"Cebheinfo.az"