Paşinyan: “Türkiyə ilə dəmir yolu açılacaq”
“Ümid edirik ki, Ermənistan-Türkiyə dəmir yolu ən qısa müddətdə açılacaq.
Bundan əlavə, TRIP layihəsi çərçivəsində imkanlar xeyli genişlənəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında belə deyib.
O bildirib ki, bu müddət ərzində Ermənistan yeni nəqliyyat imkanları əldə edib. Çünki Axlkalaki-Qars dəmir yolunun hər iki xətti artıq fəaliyyətdədir.
“Mən bu barədə Gürcüstanın Baş naziri ilə danışdım. O, mənə heç bir istiqamətdə problem olmayacağına zəmanət verdi və mən həm də Türkiyə Prezidenti ilə danışdmışam. O da bu istiqamətlərin açıq olduğunu təsdiqlədi”, - deyə Paşinyan bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

