Qubada 74 yaşlı kişi aldığı xəsarətdən ölüb

Qubada 74 yaşlı kişi aldığı xəsarətdən ölüb

Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə iyunun 10-da Cağacuq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evdə işləyərkən ehtiyatsızlıqdan laqunda ilə ayaq nahiyəsinə xəsarət yetirib. O, xəstəxanaya aparılarkən qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"