ABŞ hava bazasında korrupsiya qalmaqalı: Axtarışlar aparıldı

ABŞ hava bazasında korrupsiya qalmaqalı: Axtarışlar aparıldı

Cənubi Koreyada yerləşən ABŞ hərbi hava bazasında korrupsiya iddiaları ilə bağlı əməliyyat keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, “Kunsan Air Base” hərbi hava bazasında və şübhəli əməkdaşın evində axtarış aparılıb.

İddialara əsasən, həmin əməkdaş 2021–2023-cü illərdə hava bazasının texniki xidmətində istifadə olunmaq üçün alınan materialları bazar qiymətindən daha yüksək məbləğə satın alıb və yaranan qiymət fərqini mənimsəyib.

Prokurorluq əməkdaşın bu yolla təxminən 240 milyon von (157 min ABŞ dolları) məbləğində qanunsuz gəlir əldə etdiyindən şübhələnir.Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"