Bu ərazilərdə leysan var
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağda 20, Daşkəsəndə 14, Sarıbaşda (Qax) 13, Göygöl, Gədəbəydə 10, Oğuzda 8, Xaltanda 7, Gəncədə 6, Zərdab, Qəbələ, Tovuz, Ağstafada 5, Şamaxı, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Zaqatalada 2, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir, Sabirabadda 1 mm-dək qeydə alınıb.
"Cebheinfo.az"


