Trampın açıqlaması Netanyahu üçün sürpriz olub
"ABŞ Prezidenti Donald Trampın İranla danışıqların irəlilədiyini açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahu üçün sürpriz olub".
"Cebheinfo.az" xəbər verir ki, bunu "Axios" məsələ ilə tanış olan mənbəyə istinadən yazıb.
"Netanyahunun əvvəlcədən xəbərdarlığı yox idi və Tramp (İranla) müqavilə ilə bağlı ilkin açıqlamasını açıqlayanda çaşqınlıq yarandı", - deyə məlumatda bildirilir.
Amerika Prezidenti, həmçinin müqavilə sənədlərinin hazırlıq mərhələsində olduğunu bildirib. Ağ Ev rəhbəri müqavilənin bu həftə sonu Avropada imzalana biləcəyini təxmin edir.
Xatırladaq ki, 11 iyunda Tramp İranın Ali Lideri Müctəba Xameneyinin ABŞ ilə müqaviləni təsdiqlədiyini açıqlayıb. Tramp qeyd edib ki, sənədlərin yaxın günlərdə yekunlaşdırılması gözlənilir və imzalanma bu həftə sonu Avropada baş tuta bilər. Tramp özü mərasimdə iştirak etməyəcək.
Daha sonra "Reuters" agentliyi IRNA-ya istinadən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqainin açıqlamasını yayıb. Siyasətçi bildirib ki, İran hələ ABŞ ilə mümkün müqavilə ilə bağlı yekun qərar verməyib və danışıqlarda "qırmızı xətlərindən" güzəştə getməyəcək.
Xəzər
"Cebheinfo.az"


