Gəmilərə hücum edən iki İran PUA-sı VURULDU

Gəmilərə hücum edən iki İran PUA-sı VURULDU

ABŞ Hörmüz boğazında ticarət gəmilərinə hücum etməyə cəhd edən iki İran pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

"Cebheinfo.az" yazır ki ,"Fox News" jurnalisti Jennifer Griffin bu barədə 11 iyunda "X" sosial media platformasında mənbəyə istinadən məlumat verib.

"Görünür, İran bu axşam Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməyə cəhd edib. ABŞ qüvvələri iki İran kamikadze hücum dronunu vurub", - deyə məlumatda bildirilir.

Jurnalistin qeyd etdiyi kimi, boğazdan gəmi daşınması hazırda davam edir.

Xəzər

"Cebheinfo.az"