İran-ABŞ razılaşmasında nələr var?

İran-ABŞ razılaşmasında nələr var?

ABŞ və İran arasında üzərində işlənilən anlaşma memorandumunda nüvə məsələsi ilə bağlı konkret razılaşmalar yoxdur.

"Cebheinfo.az" yazır ki, bu barədə "The Guardian" qəzeti diplomatik mənbəyə istinadən xəbər verib.

Qəzet qeyd edir ki, sənəddə nüvə məsələsi və dondurulmuş İran aktivləri ilə bağlı gələcək danışıqlar üçün lazım olacaq mexanizmlər göstərilib. Konkret razılaşmalar yoxdur.

Mənbə əlavə edib ki, memorandumda Hörmüz boğazının minalardan təmizlənməsi üçün son tarix müəyyən edilməsi gözlənilir. Lakin ABŞ minalardan təmizlənmə başa çatana qədər İranın dəniz blokadasını davam etdirəcək.

Diplomatın sözlərinə görə, memorandumun əsas parametrləri bir neçə həftə əvvəl razılaşdırılıb. O, danışıqların uğurlu nəticələnməsinə dair heç bir zəmanətin olmadığını və uğur şansının 50% olduğunu bildirib:

"Bir çox potensial maneələr var".

Xəzər

"Cebheinfo.az"