DÇ-2026: Cənubi Koreya Çexiyanı məğlub edib - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya - Çexiya gğrüşü yekunlaşıb.
Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.
Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Lakin özündə güc toplayan Cənubi Koreya seçməsi Xvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəliblər.
Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.
07:40
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə üçüncü qol vurulub.
Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar hesabda irəli çıxıblar - 2:1.
80-ci dəqiqədə O İn Qyu adını tabloya yazdırıb.
07:28
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.
Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar hesabı bərabərləşdiriblər - 1:1.
67-ci dəqiqədə Xvan İn Bom status-kvonu bərpa edib.
07:19
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə hesab açılıb.
Qvadalaxara stadionunda keçirilən matçda avropalılar hesabda irəli çıxıblar.
59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb.
07.17
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.
Görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
06:49
Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçın ilk hissəsində hesab açılmayıb.
Görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
06:01
Meksikada futbol üzrə dünya çempionatına start verilib.
"Report" xəbər verir ki, A qrupunun növbəti matçında Cənubi Koreya Çexiya kollektivi ilə qarşılaşır.
Qvadalaxara stadionunda başlayan görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
Oyunun start fiti saat 06:00-da səslənib.
"Cebheinfo.az"


