"Şəfa" Murad Musayevlə müqavilə imzalayıb
2026/2027 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Şəfa" heyətini Murad Musayevlə gücləndirib.
"Cebheinfo.az" Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini "Qəbələ"də keçirib. O, eyni zamanda "Zirə", "Şüvəlan" və "Səbail"in heyətində də çıxış edib.
"Cebheinfo.az"


