Tayvana məxsus təyyarə təcili eniş etdi
Tayvandan havaya qalxan sərnişin təyyarəsinin kokpitinə tüstü dolması səbəbindən təcili vəziyyət elan edilib.
Təyyarənin Yaponiyanın Hokkaydo əyalətində yerləşən “New Chitose” hava limanına təcili eniş etdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Yaponiyanın Nəqliyyat Nazirliyinin “New Chitose” hava limanındakı ofisi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Taypey-Sapporo marşrutu üzrə uçuş həyata keçirən “Tigerair Taiwan” aviaşirkətinə məxsus təyyarədə kokpitdən tüstü gəldiyi barədə məlumat daxil olduqdan sonra hava gəmisi Hokkaydodakı “New Chitose” hava limanına təcili eniş edib.
Yerli medianın yaydığı məlumata görə, “Airbus A320” tipli təyyarədə olan 179 sərnişin və ekipaj üzvündən heç biri xəsarət almayıb.
Hadisədən sonra hava limanındakı uçuş-eniş zolaqlarından biri müvəqqəti olaraq hava nəqliyyatı üçün bağlanıb.
Nigar Hacılı
"Cebheinfo.az"


