Narek Karapetyanın Ermənistandan çıxışına qadağa qoyuldu
“Bu gün biz Yuxarı Larsda olmalı, Ermənistanın yük maşınları və kənd təsərrüfatı ixracatı ilə bağlı biabırçı vəziyyəti təqdim etməli idik.
Təxminən 15 kilometr uzunluğunda bir növbəni canlı yayımda göstərməli olduq və bu, Ermənistanın kənd təsərrüfatı məhsullarının sərhədi keçə bilmədiyini göstərirdi. Lakin sərhədçilər mənə ora səfərimin qadağan olunduğunu bildirdilər və mənə məhdudiyyətlər qoydular”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Güclü Ermənistan” Partiyasının namizədlər siyahısına rəhbərlik edən, rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan “Facebook” sosial şəbəkəsində canlı yayım zamanı belə məlumat verib.
Müşfiq Abdulla
“Cebheinfo.az”


