Zəlzələ bu rayonlarda da hiss edilib
Xəbər verdiyimiz kimi, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib.
İlkin ehtimala görə, zəlzələ 5 baldan yuxarı baş verib.
"Cebheinfo.az" xəbər verir ki, yeraltı təkan Ağdam, Şəmkir, Göygöl, Quba və bir neçə bölgədə hiss olunub. Hətta Xankəndidə də zəlzələnin hiss edildiyi bildirilir. Bu barədə yerli sakinlər sosial şəbəkələrdə yazıblar.
"Cebheinfo.az"


