Əməliyyatı videosu məhşur müğənninin etirazına səbəb oldu

Əməliyyatı videosu məhşur müğənninin etirazına səbəb oldu

ABŞ-li müğənni və aktrisa Ariana Qrande Ağ Evin qeyri-qanuni miqrantlara qarşı həyata keçirilən əməliyyatların görüntülərini əks etdirən sosial media paylaşımında mahnısının icazəsiz istifadə olunmasına etiraz edib.

O, musiqinin bu cür məzmunlarda yer almamasını istəyib.

"Cebheinfo.az" xəbər verir ki, BBC-nin xəbərinə görə, Ağ Evin sosial media hesabında təhlükəsizlik qüvvələrinin qeyri-qanuni miqrantlara qarşı əməliyyatlar zamanı bəzi şəxslərə qandal vurduğu görüntülərin yer aldığı videoda Qrandenin 2024-cü ildə təqdim etdiyi "Bye" mahnısından istifadə olunub.

Paylaşımda “Əlvida... Prezident Donald Tramp tarixin ən təhlükəsiz sərhədlərini təmin etdi” ifadəsi yer alıb.

Grande isə paylaşımın altında yazdığı şərhdə “Zəhmət olmasa, musiqimi bu barbar, qeyri-insani və dəhşətli cəfəngiyyatla əlaqələndirməyin” sözlərini qeyd edib.

Ağ Evin mətbuat katibinin müavini Abiqail Cakson isə ABŞ mediasına açıqlamasında Qrandenin sözlərinə cavab verib: “Əsl barbar, qeyri-insani və dəhşətli olan günahsız ABŞ vətəndaşlarını yaralayan və öldürən cinayətkar qeyri-qanuni miqrantlardır".

Grandenin reaksiyasından sonra videoda istifadə olunan mahnının silindiyi, həmçinin müğənninin paylaşımın altındakı şərhinin də götürüldüyü bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"