Binəqədidə maşından meyit tapıldı
Bakı şəhəri, Binəqədi qəsəbəsində nəqliyyat vasitəsindən meyit tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini 45 yaşlı Zahid Gülsevər oğlu Aslanovun meyiti "Mercedes" markalı avtomobildə tapılıb.
İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"

