Bakı çimərliklərində qiymət: Hansı daha bahalıdır?

Bakı çimərliklərində qiymət: Hansı daha bahalıdır?

Havaların isinməsi ilə paytaxt sakinlərinin ən çox üz tutduğu məkanlardan biri də çimərliklərdir. 

Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən həm ödənişsiz, həm də ödənişli çimərliklər yay mövsümündə minlərlə vətəndaşı qəbul edir. Pulsuz çimərliklərlə yanaşı, daha komfortlu şərait, əlavə xidmətlər və əyləncə imkanları axtaranlar əsasən özəl çimərlik komplekslərinə üstünlük verirlər.

Bəs paytaxtın məşhur çimərliklərində giriş qiymətləri nə qədərdir? 

“Cebheinfo.az” paytaxtın bir neçə məşhur çimərliyinə giriş qiymətlərini təqdim edir: *”Amburan Beach Club” (Bilgəh) üçün giriş haqqı həftəiçi bir nəfər üçün 30 manat, həftəsonu isə 40 manatdır. 9 yaşadək uşaqlar üçün giriş ödənişsizdir. *”White Beach Club”-da giriş qiyməti həftəiçi 40 manat, həftəsonu isə 50 manat təşkil edir. 

*”Golden Beach”-də bir nəfər üçün giriş haqqı 10 manatdır. 

*”Nikki Beach”-də bir nəfər üçün giriş qiyməti 50 manatdır. Bu məbləğə dəsmal və bir ədəd içki daxildir. 

*”Richi Beach”-də qadınlar üçün giriş haqqı həftəiçi 20 manat, həftəsonu 25 manatdır. Kişilər üçün isə qiymətlər həftəiçi 30 manat, həftəsonu 40 manat təşkil edir. Qiymətə çətir, şezlonq və dəsmal daxildir. 12 yaşadək uşaqlar üçün giriş haqqı 15 manatdır. 

*”Mambo Beach Club”-da giriş qiyməti həftəiçi 25 manat, həftəsonu isə 30 manatdır. 

*”Sea Breeze” ərazisində yerləşən çimərliklərdə giriş haqqı həftənin bütün günləri  bir nəfərə 50 manatdır. Qiymətə çətir, dəsmal, şezlonq və duşdan istifadə daxildir. 

Gülər Həsənli 
“Cebeheinfo.az”