İran Ermənistandan izahat TƏLƏB EDİR

İran Ermənistandan izahat TƏLƏB EDİR

İran Ermənistandan TRİPP layihəsi ilə bağlı izahat tələb edir. 

“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, İran Ermənistana diplomatik kanallar vasitəsilə mesaj göndərərək ABŞ ilə bu yaxınlarda imzalanan TRİPP layihəsinin detalları ilə bağlı əlavə izahat tələb edib.

Məlumata görə, İran tərəfi İrəvana bu istiqamətdə tələsik addımlar atmağı tövsiyə edib.  Məlumatda qeyd olunur ki, Tehran xüsusilə İran sərhədi yaxınlığında yerləşəcək marşrutun təhlükəsizlik aspektlərindən narahatdır və layihənin gələcəkdə regiondakı geosiyasi balansı dəyişə biləcəyini hesab edir. 

Həmin məlumatlarda, 60 gün ərzində İran–ABŞ dialoqunun davam edəcəyi və əldə olunacaq nəticələrin Tehranın yekun mövqeyinə təsir göstərə biləcəyi də vurğulanır. 

Bununla yanaşı, İran rəsmiləri daha əvvəl də TRIPP layihəsinə ehtiyatla yanaşdıqlarını bildirərək, sərhədləri yaxınlığında xarici təsirin artmasına qarşı olduqlarını bəyan etmişdilər. 

İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti layihənin regionun geosiyasi vəziyyətinə təsir göstərəcəyini bildirərək Tehran üçün təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulamışdı. 

Qeyd edək ki, TRIPP layihəsi ABŞ-nin vasitəçiliyi ilə formalaşdırılmış regional nəqliyyat və logistika təşəbbüsüdür.
Layihənin Ermənistanın Sünik bölgəsindən (Qərbi Zəngəzur) keçərək Azərbaycanının qərb bölgələrinin Naxçıvanla birləşdirməsi nəzərdə tutulur və həm Vaşinqton, həm də İrəvan bu təşəbbüsün iqtisadi imkanlar yaradacağını hesab edirlər. 

Yunis Abdullayev 
“Cebheinfo.az”