ABŞ - İran danışıqları LƏĞV EDİLİB
İyunun 19-na İsveçrənin Bürqenştok dağ kurortunda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən məlumat yayıb.
Bəyanat, gecə Ağ Ev nümayəndəsinin ABŞ-nin vitse-prezidenti Cey Di Vensin iranlı müzakirəçilərlə görüşmək üçün bu günə planlaşdırılan İsveçrə səfərini ləğv etdiyini bildirməsindən sonra verilib. Görüşün məqsədi Tehran və Vaşinqton arasında müharibənin dayandırılması barədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi üzrə danışıqlara başlamaq idi.
Məlumatlara görə, Vensin İsveçrəyə səfərini təxirə salmasının səbəbi Tehranın Livanla bağlı mövqeyidir.
Xəzər
"Cebheinfo.az"


