“İnter” “Barselona”nın ulduzunu hədəf aldı
“Barselona”nın ulduz müdafiəçisi Ronald Arauxo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Bu barədə İtaliyanın nüfuzlu “Corriere dello Sport” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Milanın “İnter” klubu uruqvaylı müdafiəçinin transferində olduqca maraqlıdır. Milan təmsilçisi rəsmi transfer təklifini dünya çempionatından sonra etməyi planlaşdırır. Kataloniya klubunun Arauxonun satışı ilə bağlı mövqeyi isə hələlik məlum deyil.
Qeyd edək ki, Ronald Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir. Onun “göy-qırmızılılar”la hazırkı müqaviləsinin müddəti 2031-ci il iyunun 30-na qədərdir.
"Cebheinfo.az"

