Xameneyi xalqa müraicət etdi: “Mən razılaşmaya qarşı idim”
“Məsud Pezeşkian məni ABŞ ilə danışıqlar barədə fikrimi dəyişməyə inandırıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın Ali Lideri Müctəba Xameneyi bildirib. O deyib ki, əvvəlcə ABŞ ilə danışıqlara və razılaşmaya qarşı olub. O, bu açıqlamanı İran xalqına müraciətində verib.
"Şəxsən mən fərqli fikirdə idim, amma hörmətli Prezidentin Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi mənə öz adından verdiyi zəmanətləri nəzərə alaraq, razılığımı verdim", - Xameneyi deyib.
İranın Ali Lideri vurğulayıb ki, onu razılaşma barədə fikrini dəyişməyə inandıran Prezident Məsud Pezeşkian olub. Xameneyinin sözlərinə görə, dövlət başçısı Tehranın Vaşinqtonla razılaşma əldə etmək qərarına görə məsuliyyət daşımağa hazır olduğunu bildirib.
Xatırladaq ki,ABŞ və İran Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün 14 maddəlik memorandum imzalayıblar. Lakin ABŞ Prezidenti Donald Tramp ölkələr arasında anlaşma razılaşmasının yekun sənəd olmadığını bildirib.
Xəzər
“Cebheinfo.az”

