Tramp Rusiya məsələsinə RAZILAŞIB

Tramp Rusiya məsələsinə RAZILAŞIB

ABŞ Prezidenti Donald Tramp Ukraynanı dəstəkləməyə və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi artırmağa hazırdşr. 

Lakin bunun müqabilində Avropa müttəfiqlərindən Hörmüz boğazının təmizlənməsi üçün kömək tələb edib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu məlumatlı mənbələr “Politico”-ya bildiriblər. 

Onların sözlərinə görə, Ağ Ev rəhbəri bu açıqlamanı G7 sammitində qapalı danışıqlar zamanı verib. G7 liderləri Hörmüz boğazının təmizlənməsinə kömək etməyə hazır olduqlarını açıq şəkildə bildiriblər, lakin müəyyən şərtlər tələb olunur. 

 Fransa Prezidenti Emmanuel Makron mina təmizləmə üçün gəmilərin göndərilməsinin yalnız ABŞ-nin rəsmi tələbi və digər tərəflərin, xüsusən də İran və Omanın razılığı ilə mümkün olduğunu vurğulayıb.

Bu məsələ ilə bağlı razılığa gəlinməməsinə baxmayaraq, Almaniya kansleri Fridrix Merts Trampla danışıqlardan sonra "nikbinlik" ifadə edib. 

“Politico”-nun qeyd etdiyi kimi, bundan əvvəl Avropa liderləri Ağ Ev rəhbərinin Ukraynanı ərazi güzəştlərinə getməyə məcbur edə biləcəyindən narahat idilər. Bu narahatlıqlar Trampın Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığından sonra daha da artıb. Lakin Amerika lideri gözlənilmədən ABŞ-nin Rusiya neft sektoruna qarşı sərt sanksiyaları yenidən tətbiq etməyə hazır olduğunu açıqlayıb. "Rusiya razılığa gəlməlidir", - deyə Tramp vurğuladı.

Bundan sonra G7 liderləri neft və qaz sektoruna qarşı sanksiyalar vasitəsilə Rusiyaya təzyiqi artırmaq niyyətlərini bildirən birgə bəyanat yayıblar. Sənəddə qeyd olunur ki, ABŞ-nin İranla Hörmüz boğazını açmaq barədə əldə etdiyi razılaşma nəzərə alınmaqla, məhdudiyyətlərin sərtləşdirilməsi üçün vaxt artıq əlverişli hala gəlib.

G7 liderləri, həmçinin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin, tutucu raketlərin və uzaqmənzilli silahların tədarükünü artırmaq barədə razılığa gəliblər. Bundan əlavə, Kiyevə onların Ukraynada istehsalı üçün lisenziyaların verilməsi ehtimalı nəzərdən keçiriləcək. 

Bundan əlavə, G7 ölkələri qarşıdan gələn qışdan əvvəl Ukraynanın enerji dayanıqlığını gücləndirmək barədə razılıq var.

Xəzər
“Cebheinfo.az”