Neymar beşinci dəfə ata olacaq
Neymar sevgilisi Bruna Biankardi ilə beşinci övladının doğulmasını gözləyir.
“Yeni Sabah” xəbər verir ki, onlar bu xəbəri “YouTube” platformasında paylaşdıqları əyləncəli video ilə izləyicilərinə çatdırıblar.
Videoda cütlüyün qızları Mavi və Mel, habelə Neymarın əvvəlki münasibətindən dünyaya gələn böyük oğlu Davi də yer alıb.
Ailə üzvlərinin bir-birinə çəhrayı boya sürtərək körpənin cinsiyyətini açıqladığı anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.
Beləliklə, Neymar və Bruna Biankardinin növbəti övladının da qız olacağı məlum olub.
Neymarın Bruna Biankardi ilə 2 qızı, əvvəlki münasibətindən Davi adlı oğlu var. Futbolçunun model Amanda Kimberli ilə münasibətindən 2024-cü ildə dünyaya gələn Helena adlı bir qızı da var.
"Cebheinfo.az"

