"Beşiktaş" Danimarka klubu ilə qarşılaşacaq

"Beşiktaş" Danimarka klubu ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

Türkiyə təmsilçisi "Beşiktaş"ın da rəqibi müəyyənləşib. Komanda II təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alıb.

İstanbul təmsilçisi Danimarka klubu "Midtyullan"la qarşılaşacaq.

İlk oyun Türkiyədə, cavab matçı isə səfərdə baş tutacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab görüşləri isə iyulun 30-da reallaşacaq.

"Cebheinfo.az"