"Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
"Neftçi"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
"Ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
"Cebheinfo.az"


