Narkotikdə ittiham edilən dəstə üzvlərinə cəza istənilib - YENİLƏNİB

Narkotikdə ittiham edilən dəstə üzvlərinə cəza istənilib - YENİLƏNİB

İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirilən əməliyyat nəticəsində saxlanılan dəstə üzvlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqlini 3 il müddətinə azadlıqdan məhrum edilib.

***

15.16

İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirilən əməliyyat nəticəsində saxlanılan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulovun 5 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqli Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə maddələrlə) yekun ittiham irəli sürülüb.

"Cebheinfo.az"