Erməni məhsulları Gürcüstandan Rusiyaya göndərilir?
Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi çiyələk də daxil olmaqla, Ermənistan kənd təsərrüfatı məhsullarının bu ölkənin ərazisi vasitəsilə Rusiyaya ixracı barədə məlumatları təkzib edib.
"Cebheinfo.az" xəbər verir ki, nazirlik bu cür iddiaların spekulyativ, həqiqətə uyğun olmadığını və iki ölkə arasında iqtisadi münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib.
Gürcüstan tərəfi, həmçinin bu cür ifadələrin qonşu dövlətdə daxili siyasi mübarizənin bir hissəsi kimi istifadə olunmasından narahatlığını bildirib: "Gürcüstanın maraqları ilə əlaqəsi olmayan siyasi proseslərdə iştirakının qəbuledilməzdir".
Xəzər
"Cebheinfo.az"

