UEFA FIFA-dan fərqli olaraq mövcud qaydaları dəyişməyəcək

UEFA FIFA-dan fərqli olaraq mövcud qaydaları dəyişməyəcək

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2028-ci ildə keçiriləcək Avropa çempionatında su içmək üçün məcburi fasilələrin tətbiqini planlaşdırmır.

Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "The Telegraph" nəşri məlumat yayıb.

Xatırladaq ki, hazırda Meksika, ABŞ və Kanadanın ev sahibliyi etdiyi dünya çempionatında hər qarşılaşmada futbolçuların su içməsi üçün 3 dəqiqəlik xüsusi fasilələr ayrılır.

Qitə futbol qurumunun qüvvədə olan qaydalarına əsasən, su fasilələri ilə bağlı qərarlar stadiondakı hava şəraitinə uyğun olaraq fərdi qaydada qəbul edilir. Məcburi fasilələrə isə yalnız temperatur 35 dərəcəyə çatdıqda və ya ondan yüksək olduqda icazə verilir.

Mənbənin bildirdiyinə görə, UEFA yaxın gələcəkdə baş tutacaq turnirlər, o cümlədən Çempionlar Liqası və AVRO-2028 üçün mövcud reqlamentdə hər hansı bir dəyişiklik etmək niyyətində deyil.

"Cebheinfo.az"