CENTCOM-dan İran açıqlaması

CENTCOM-dan İran açıqlaması

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün İranla bağlı ABŞ dəniz blokadasının qaldırıldığını, lakin razılaşmanın şərtlərinə əməl olunmasını təmin etmək üçün regionda qalacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ və İran arasında memorandumun imzalanmasından sonra CENTCOM İranla bağlı dəniz blokadası barədə sosial media hesabında bəyanat yayıb.

Bəyanatda ABŞ hərbi qüvvələri bildirib: "Bu gün Prezidentin əmri ilə ABŞ qüvvələri İran limanlarına və sahil zolaqlarına daxil olan və onlardan çıxan bütün dəniz nəqliyyatına tətbiq olunan blokadanı aradan qaldırıb."

Bəyanatda həmçinin qeyd olunub ki, "ABŞ hərbi elementləri İranın razılaşmanın şərtlərinə tam əməl etməsini təmin etmək üçün müəyyən müddət regionda qalacaq."

Nigar Hacılı 
"Cebheinfo.az"