"Sabah" "Sportinq"in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb

"Sabah" "Sportinq"in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klub məlumat yayıb.

Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq.

25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq "Şamaxı"nın formasını geyinib.

Portuqaliya təmsilçisi "Sportinq"in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin "Portu"nun əvəzedici komandasında da forma geyinib.

​​​​​​"Cebheinfo.az"