Bu şəxslər də hərbi xidmətə yararlı hesab olunur
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlı hesab edilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti paylaşım edib.
Qurum talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçıların hərbi xidmətə yararlılığı ilə bağlı mövcud qaydaları açıqlayıb.
Məlumata əsasən, Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Talassemiya gen daşıyıcısı olan şəxslər “A-3 təyinat göstəricisi” ilə hərbi xidmətə yararlı hesab olunur.
Qeyd olunub ki, bu diaqnoz hərbi xidmətə yararsızlıq sayılmır və həmin çağırışçılar ümumi qaydada xidmətə cəlb edilirlər.
"Cebheinfo.az"


