Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion açıqlama
Fransada ifrat solçu “France Insoumise” (“İtaətsiz Fransa”) partiyasının lideri Jan-Lyuk Melanşon Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi genişmiqyaslı hücumları ehtiyatsızlıq kimi qiymətləndirib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, bu fikirlərini sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, ABŞ təkcə Rusiyanı deyil, eyni zamanda Avropanı da zəiflətməkdə maraqlı ola bilər.
Onun iddiasına görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ucqar bölgələrinə endirdiyi zərbələr vəziyyəti daha da gərginləşdirir.
Melanşon bildirib ki, bu cür addımlar münaqişənin genişlənməsi və daha böyük müharibəyə çevrilməsi riskini artırır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Starobilskdəki kollecə edilən hücumu “dəhşətli müharibə cinayəti” adlandırmış, Ukraynanın sülh danışıqlarına çağırışlar etdiyi halda paralel olaraq belə hücumlar həyata keçirdiyini qeyd etmişdi.
Aişə Abdulova
“Cebheinfo.az”


