Pakistan İran və ABŞ arasında vasitəçiliyi davam etdirəcək
Pakistan İran və ABŞ arasında danışıqlar prosesində vasitəçilik missiyasını davam etdirmək niyyətindədir.
“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, İslamabad son aylarda Vaşinqton və Tehran arasında vasitəçi rolunu gücləndirərək tərəflərin danışıqlar masasında qalmasına çalışır.
Pakistanın xarici işlər naziri İshaq Dar may ayında ABŞ-İran danışıqlarında “əhəmiyyətli irəliləyişin” əldə olunduğunu və müsbət nəticə üçün əsasların yarandığını bəyan etmişdi.
Pakistan hökuməti, həmçinin danışıqların növbəti mərhələsinin keçirilməsinə ev sahibliyi etməyə hazır olduğunu və regionda sabitliyin yalnız diplomatik yollarla təmin edilməsinin mümkün olduğunu vurğulayır.
Qeyd edək ki, son həftələrdə ABŞ və İran arasında əldə olunan ilkin razılaşmaların formalaşmasında Pakistanın vasitəçilik səyləri mühüm nəticələr doğurub.
Rəsmi İslamabad hesab edir ki, İran və ABŞ arasında dialoqun davam etdirilməsi Yaxın Şərqdə gərginliyin azalmasına, enerji bazarlarında sabitliyin qorunmasına və regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər.
Yunis Abdullayev
“Cebheinfo.az”


