Azərbaycanda kolbasa istehsalı 12 %- dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 13 min 459,9 ton kolbasa məmulatları istehsal edilib.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,2 % çoxdur.
Bu ilin iyun ayının 1-nə ölkədə 26,6 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da bir il öncəki göstəriciyə nisbətən 43,3 % azdır.
Hesabat dövründə Azərbaycanda 2 milyard 255,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,7 % çoxdur.
"Cebheinfo.az"


