Ərdoğandan dünya ölkələrinə MESAJ

Ərdoğandan dünya ölkələrinə MESAJ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin artıq regional güc mərkəzinə çevrildiyini dünya ölkələrinin diqqətinə çatdırıb. 

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Halkalı-İstanbul hava limanı metro xəttinin açılış mərasimində Ərdoğan bildirib ki, Türkiyə regionda mövcud böhranlara və münaqişələrə seyrici qalan ölkə deyil, regional proseslərdə aktiv iştirak edən güc mərkəzidir. 

Türkiyənin dövlət rəhbəri Ankaranın İran ətrafında böhranın nizamlanması prosesində fəal iştirak etdiyini qeyd edib.

Ərdoğan qeyd edib ki, Türkiyə 7-8 iyul tarixlərində ABŞ Prezidenti Donald Trampın da iştirak edəcəyi NATO liderlərinin zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşır.  

Liderlərin toplantısından əvvəl 28-29 iyun tarixlərində İstanbulda NATO ölkələrinin parlament zirvəsi keçiriləcək. 

"İl ərzində Türkiyədə bir çox beynəlxalq tədbirlər keçiriləcək. Başqa sözlə, 2026-cı il, sözün tam mənasında, Türkiyə üçün zirvə ili olacaq. Bu tədbirlər Türkiyənin beynəlxalq nüfuzunu daha da artıracaq və qlobal diplomatiyanın əsas oyunçusu kimi rolunu təsdiqləyəcək”, - deyə Ərdoğan əlavə edib.

Yunis Abdullayev 
“Cebheinfo.az”